Xəbərlər 21.05.2024 12:26 1138

Evdə sosial xidmət göstərilən ahıl vətəndaşın 100 illiyi qeyd edilib

2 saylı Bakı DOST Mərkəzinin əməkdaşları evdə (səyyar) sosial xidmət göstərilən Sultanəli Orucovun 100 illik yubileyini onunla birlikdə qeyd ediblər.

 

İkinci Dünya müharibəsinin iştirakçısı olan S.Orucovu təbrik edən əməkdaşlar ona Agentliyin rəhbərliyi və kollektivi adından xoş arzularını çatdırıblar.

 

S.Orucov ziyarət olunmasına görə təşəkkkürünü bildirib, göstərilən sosial xidmətlərdən məmnunluğunu ifadə edib.

 

DOST Agentliyi tərəfindən sosial cəhətdən həssas əhali qruplarına aid şəxslər üçün belə tədbirlər mütəmadi olaraq təşkil olunur.

 

Bundan bir müddət əvvəl S.Orucovla DOST könüllüləri arasında “Nəsillər arası körpü” adlı görüş də keçirilib.

 

O, gənclərə həyatı, peşə fəaliyyəti və İkinci Dünya müharibəsi dövrü barədə xatirələrini danışıb, gənclərin suallarını cavablandırıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı