Xəbərlər 24.05.2024 08:08 2531

Narkotiklərlə Mübarizə Tədbirləri: Sabunçu 252 Saylı Məktəb-Liseyində Yekunlaşdı - FOTOLAR

Narkotiklərlə mübarizə mövzusunda keçirilən tədbirlərə Sabunçu rayonu 252 saylı məktəb-liseydə yekun vurulub

QHT.az xəbər verir ki, Hüquq və İnsan Haqları İnstitutunun Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə Bakı şəhərinin bir sıra orta məktəblərində təşkil etdiyi “Narkotiklərlə mübarizə sağlam gələcəyin yoludur” mövzusunda tədbirlərə Sabunçu rayonu 252 saylı məktəb-liseydə yekun vurulub.

Tədbirdə İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev, təlimçilər Əmrah Rəhimli və Aygün Arifli mövzuya dair təqdimatlarla çıxış ediblər. Həmçinin, Sabunçu Rayon Məhkəməsinin hakimi Elnurə Rəcəbova qadağan olunmuş yeni növ narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizənin cinayət-hüquqi problemlərindən söz açıb. O, eyni zamanda yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinə cəlb olunması məsələlərinə də toxunub.

120 şagird və müəllimin iştirakı ilə keçirilən tədbirdə şagirdlərə narkotiklərin insan orqanizmi üçün zərəri və törətdiyi fəsadlar geniş izah olunub, onların insan sağlamlığına vurduğu ziyan və törətdiyi fəsadlar barədə ətraflı məlumat verilib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı