Ədliyyə Akademiyasının Mediatorlar Üçün Təşkil Edilən Kursları Uğurla Tamamlanıb - FOTOLAR
AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən mediatorlar üçün keçirilən "Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediatorların ixtisas artırma kursları"nın daha bir mərhələsi başa çatdı.
QHT.az xəbər verir ki, kurslarda iştirak edib, imtahandan uğurla keçən mediatorlara sertifikatlar təqdim edilib. Sertifikatvermə mərasimində Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi fakültəsinin dekan müavini Günel Sadıqova iştirak edib, onlar yeni fəaliyyətə başlayan mediatorlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
47 nəfər ailə, 47 nəfər isə əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə olmaqla, iştirakçıların cəlb edildiyi təlimin əsas məqsədi mediatorların ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ixtisaslaşmasıdır.