Xəbərlər 27.05.2024 09:12 2136

Windows 10 dəstəyi sona çatır

Microsoft, Windows 10-un dəstəyinin 2025-ci il oktyabrın 14-də sona çatacağını elan edib.

QHT.az xəbər verir ki, bu tarixdən sonra istifadəçilər təhlükəsizlik yeniləmələri və texniki dəstəklə təmin olunmayacaqlar. Şirkət, istifadəçilərə ən son əməliyyat sistemi olan Windows 11-ə keçməyi tövsiyə edir.

Qeyd edək ki, hazırda istifadəçilərin 70%-dən çoxu Windows 10-dan istifadə edir, lakin Microsoft yeni funksiyalar və təhlükəsizlik üçün Windows 11-ə keçməyi vacib hesab edir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı