Uşaqların Hüquqları: 10 yaşdan yuxarı uşaqların fikirləri əhəmiyyət kəsb edir
Hüquq və İnsan Haqları İnstitutu Azərbaycanda uşaqların hüquqlarının qorunmasına dair mühüm bir məsələyə diqqət çəkir.
QHT.az xəbər verir ki, Azərbaycanın Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaqlar öz maraqlarına toxunan məsələlərin həllində fikir bildirmək hüququna malikdirlər. Uşaqlar, ailə ilə bağlı hüquqi məsələlərdə, xüsusən də məhkəmə proseslərində və araşdırmalarda öz fikirlərini bildirmək hüququna sahibdirlər. Uşaqların fikri, hüquqi və inzibati araşdırmaların gedişatında mütləq nəzərə alınmalıdır.
Bundan əlavə, 10 yaşına çatmış uşaqlar, öz maraqları ilə valideynlərinin maraqları arasında ziddiyyət yarandığı hallarda, onların fikirləri tam nəzərə alınmalıdır.