Xəbərlər 27.05.2024 14:25 2037

CASCFEN-dən türkoloq alimlə bağlı mühüm qərar

“Ramiz Əskər – Türk dünyasına xidmət ödülü” təsis edildi. Tanınmış türkoloq, ədəbiyyatşünas, şair, tərcüməçi, Əməkdar jurnalist Ramiz Əskərin vəfatı təkcə Azərbaycan üçün deyil, ümumilikdə Türk dünyası üçün böyük itkidir. Çünki Ramiz Əskərin fəaliyyət göstərdiyi bütün sahələrdə başlıca amalı türkçülüyə, Türk dünyasına xidmət etmək olub”.

Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Bilriyinin (CASCFEN) sədri, Əməkdar jurnalist, Mətbuat Şurası Nəzarət-Təftiş Komissiyasının katibi Nadir Azəri deyib.

Nadir Azəri həmçinin, “Ramiz Əskərin vəfatı rəhbrəlik etdiyim CASCFEN üçün ikiqat itkidir. Çünki CASCFEN 2012-ci ildə fəaliyyətini yenidən qurduqdan və rəsmi qeydiyyatdan keçdikdən sonra formalaşan İdarə Heyətində Ramiz müəllim də olub. O, bir müddət İdarə Heyətinin üzvü, sonra isə təşkilatın ağsaqqallarından biri kimi hər zaman yanımızda olub, dəyərli tövsiyələrini əsirgəməyib” deyib.

CASCFEN sədri bütün bunları nəzərə alaraq qərar qəbul etdiklərini bildirib: “CASCFEN İdarə Heyəti olaraq qərara gəldik ki, “Ramiz Əskər –Türk dünyasına xidmət ödülü” təsis edək. Ümumi fikir birliyi nəticəsində qəbul edilən qərar belə oldu ki, ödülü hər il yanvarın 10-da, yəni Ramiz Əskərin doğum günündə üç istiqamət üzrə – ədəbiyyat və tarix, media və QHT sahəsində Türk dünyasına xidməti olan şəxslərə təqdim edək. Yəni hər il 3 şəxs öz fəaliyyətinə görə bu ödüllə təltif ediləcək. Məhz bu üç sahənin seçilməsi təsadüfi deyil. Çünki rəhmətlik Ramiz müəllim həyatı boyunca, xüsusilə, bu üç sahədə türkçülüyə xidmət üçün mühüm işlər görüb”.

Nadir Azəri onu da əlavə edib ki, tezliklə bu ödüllə bağlı tanınmış ziyalılarla, o cümlədən, Ramiz Əskərin ailə üzvləri ilə məsləhətləşmələrə başlayacaqlar: “Ödülün forma və məzmunu, ödülün verilməsi ilə bağlı münsiflər heyətinin formalaşdırılması və s. bu kimi məsələlərə dair məsləhətləşmələrdən sonra mediaya əlavə məlumat veriləcək”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı