İradə Həsənova: "Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə mühüm addımlar atır"
Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az- a verdiyi açıqlamada Azərbaycanın iqlim dəyişikliyinin yaratdığı təsirlərlə mübarizəyə ciddi yanaşdığını bildirib.
QHT sədri ölkəmizin COP-29 kimi dünya səviyyəli tədbirə ev sahibliyi etməsinin ətraf mühitin qorunması və dayanıqlı inkişaf məqsədinə doğru atılan mühüm bir addım olduğunu vurğulayıb:
"Azərbaycan qlobal iqlim dəyişikliyi ilə mübarizədə mühüm addımlar atır.Respublikamız qlobal iqlim siyasətini dəstəkləyərək bu istiqamətdə dünyanın bir çox dövlətləri ilə əməkdaşlıq edir.Respublikamızın bu istiqamətdə dünya ölkələri ilə gələcəkdə də sıx əməkdaşlıq etməsi iqlim dəyişikliyi ilə mübarizəyə,o cümlədən ətraf mühitin qorunmasına öz nailiyyətlərini verəcəkdir. Azərbaycan ətraf mühitin qorunması ilə bağlı görülən işləri uğurla davam etdirərək BMT-nin “Dünyamızın transformasiyası:2030-cu ilədək Dayanıqlı inkişaf sahəsində gündəlik” təşəbbüsünə qoşulmus,dayanıqli inkişafa nail olmaq öhdəliyini bəyan edərək bu öhdəliyin icrasına əməli addımlar atmışdır.Məhz bu gündəlikdə qeyd edilən təmiz və sağlam ətraf mühitin təmin edilməsi fəaliyyətin əsas və mühim faktorudur.Təsadüfi deyil ki,”Azərbaycan 2030- sosial-iqtisadi inkişafa dair Milli Priotetlər”sənədində təmiz ətraf mühit və yaşıl artım ölkəsi adlanır".
İradə Həsənova həmçinin bildirib ki, Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi ilə bağlı fəaliyyət istiqamətləri müəyyən edilib:
"Azərbaycanda təbii resursların idarə edilməsi, ölkənin davamlı inkişafı üçün strateji əhəmiyyətə malikdir. Bu sahədə aparılan islahatlar və tədbirlər, təbii resursların qorunması, səmərəli istifadəsi və iqtisadiyyatın dayanıqlı inkişafı üçün mühüm rol oynayır".
Pərvanə Fərhadqızı
QHT.az