Qəhrəman şəhidimiz Rauf Süleymanovun doğum günüdür
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Rauf Süleymanov 1987-ci il mayın 29-da Neftçala rayonunun Abasallı kəndində anadan olub.
QHT.az xəbər verir ki, 2005-2007-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub, daha sonra isə Daxili Qoşunların tərkibində müddətdən artıq hərbi qulluqçu kimi xidmət etməyə başlayıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 5-də Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Rauf Süleymanov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!