Xəbərlər 31.05.2024 21:49 2964

Şəhidimiz Teymur Osmanlının doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Teymur Osmanlı 1995-ci il mayın 31-də İsmayıllı rayonunun Cülyan kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2012-2016-cı illərdə Azərbaycan Dillər Universitetində (ADU) "Fransız dili" üzrə ali təhsil alıb. 2016-2017-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 17 oktyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Teymur Osmanlı göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı