Xəbərlər 07.06.2024 19:48 3286

Qubada Azərbaycan mədəni irsinin təbliğinə həsr olunan turnir keçirilib - FOTOLAR

Quba rayonu Digah kənd tam orta məktəbində təşkil olunan yarışda Quba rayonunun Digah, Xucbala, Aşağı Xuc, Alpan, Susay və Çartəpə kəndlərindən olan 30 nəfər yeniyetmə və gənc 6 komanda tərkibində mübarizə aparıb.

QHT.az xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, Yurd Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov, yarışın keçirilməsində əsas məqsədin Azərbaycanın mədəni irsinin gənc nəsil arasında təbliğ edilməsi, eyni zamanda gənclərin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılması və asudə vaxtının səmərəli təşkil edilməsi olduğunu vurğulayıb.

Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını Çartəpə kəndini təmsil edən “Zəka” komandası qazanıb və final mərhələsində iştirak etmək hüququ əldə edib. Alpan kəndini təmsil edən “Xankəndi” və Digah kəndini təmsil edən digər komanda yarışda müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qalib və mükafatçılar kubok, medal, diplom və bədii ədəbiyyat nümunəli kitablarla təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Mədəni irsimiz milli kimliyimizdir!” adlı layihə çərçivəsində Quba rayonunun daha 4 kənd zonasında seçim turları keçiriləcəkdir.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı