"Media Ayı" Könüllülük Proqramına Start Verilib - FOTOLAR
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə könüllülük proqramı çərçivəsində “Media ayı”na start verilib.
QHT.az xəbər verir ki, layihənin keçirilməsində əsas məqsəd gənclərə yeni media mühitindəki tendensiyaları, media savadlılığı ilə bağlı zəruri hesab edilən bilik və bacarıqları aşılamaq, cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsində gənclərin rolunu artırmaq, eyni zamanda onların tənqidi düşünmə və təhlil bacarıqlarını inkişaf etdirməkdir.
Qeyd edək ki, “Media Ayı” çərçivəsində 10-12 iyun tarixlərində Şirvan, Mingəçevir və Lənkəranda müxtəlif mövzularda təlimlər keçirilib. Təlimçilər videoqraf Oqtay Qasımov, Medianın İnkişafı Agentliyinin nümayəndəsi Aynur Zeynallı və “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev olub. Təlimlərdə "Mediada rəqəmsal bacarıqlar", "Media savadlılığı" və "Mediada yaradıcılıq və storytelling" mövzuları əhatə olunub.