Xəbərlər 18.06.2024 13:49 2670

Son 5 ayda pensiya ödənişlərinə 328 mln. manat çox olmaqla 2 mlrd. 693 mln. manat yönəldilib

Cari ilin yanvar-may aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (328 mln. manat) çox olmaqla 2 mlrd. 693 mln. manat vəsait yönəldilib.

 

Pensiya artımı istiqamətində növbəti addım kimi 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb. 

 

Son 5 ayda 18,4 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 121 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı