Xəbərlər 18.06.2024 17:21 2950

Gənclər arasında mədəni irsimizin təbliği layihəsi icra olunur - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Mədəni irsimiz milli kimliyimizdir!” Azərbaycan mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği adlı layihə çərçivəsində Quba rayonu Birinci Nügədi kənd 1 nömrəli tam orta məktəbində Nə? Harada? Nə zaman? intellektual oyun formatında turnir keçirilib.

Yarışda Quba rayonunun Birinci Nügədi, İkinci Nügədi, Çiçi, Amsar, Səbətlər, Pirvahid, Rustov, Püstəqasım, Qam-qam, Məckə-Xacə kəndlərindən olan 65 nəfər yeniyetmə və gənc 13 komanda tərkibində mübarizə aparıb. Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov yarışın keçirilməsində əsas məqsədin Azərbaycanın mədəni irsinin gənc nəsil arasında təbliğ edilməsi, eyni zamanda gənclərin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılması və asudə vaxtının səmərəli təşkil edilməsinin təmin olunması olduğunu bildirib.

Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını Amsar kəndini təmsil edən eyniadlı komanda qazanıb və final mərhələsində iştirak etmək hüququ əldə edib. Püstəqasım kəndini təmsil edən “Xaribülbül” və Qam-qam kəndini təmsil edən “Xəmsə” komandaları yarışda müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal, diplom və bədii ədəbiyyat nümunəli kitablarla təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Mədəni irsimiz milli kimliyimizdir!” Azərbaycan mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği adlı layihə çərçivəsində Quba rayonunun Qaraçay, Zərdabi qəsəbələrində, Digah və Hacıqayıb kəndlərində seçim turnirləri keçirilib. Növbəti günlərdə Quba rayonunun Küpçal kəndində də daha bir zona seçim turu təşkil ediləcəkdir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı