Xəbərlər 11.07.2024 09:06 3866

Rauf Zeyni: "QHT sektorunda baş verən hadisələri ilk növbədə QHT.AZ-dan öyrənirik"

“Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin (BQRTM) sədri Rauf Zeyni:

“Dəyərli dostlar, hörmətli QHT.AZ komandası, başda Cəsarət müəllim olmaqla, hamınızı 11 iyul doğum günü münasibətilə, yaranma günü münasibəti ilə, bütün qeyri-hökumət təşkilatları adından, Bakı Respublika Təlim Mərkəzi, İctimai Nəzarət Mərkəzi adından, bütövlükdə vətəndaş cəmiyyəti adından salamlayıb və təbrik edirik. Qısa müddət ərzində, 9 il nə uzun müddətdir, nə də qısa müddətdir, amma bizim üçün tez gəlib-keçdiyinə görə bu qısa müddətdir.

QHT.AZ komandası, yenə də deyirəm, başda Cəsarət müəllim olmaq şərtilə, həqiqətən də çox geniş, maştablı, əhatəli və çox əhəmiyyətli iş gördü, fəaliyyət həyata keçdi. Çünki demək olar ki, böyük koalisiyalardan tutmuş, vaxt ilə mən rəhbərlik eləmişdim, o, Milli QHT Forumdan tutmuş, fərdi QHT-lərə, kiçik QHT-lərə qədər hamını, bütün tədbirlərini, fəaliyyətini əhatə eləməyə çalışdınız və buna nail oldunuz. Bu da sizin qarşınıza qoyduğunuz məqsəd və vəzifələrə nail olmaq üçün çox böyük imkan yaratdı.

Əslində, QHT.Az qarşısına qoyduğu məqsəd və vəzifələr, yəni QHT sektorunu, vətəndaş cəmiyyətini əhatə eləmək kimi ağır, çətin, lakin şərəfli vəzifəni doğrudan da böyük ustalığı ilə, peşəkarlığı ilə yerinə yetirə bildi. Bu da QHT.AZ saytına çox böyük bir nüfuz gətirdi. Bu gün də sayt o rejimdə, gündəlik 20-30 məlumat yerləşdirmək ilə davam etdirir. Biz bu gün də onu izləyirik, həm səhər tezdən işə başlamamışdan qabaq, həm də axşam biz əlbəttə ki, mütləq QHT.AZ saytını ziyarət edirik, baxırıq və vətəndaş cəmiyyətində, QHT sektorunda baş verən hadisələri ilk növbədə QHT.AZ-dan öyrənirik.

Təbii ki, bundan sonraki əlaqəli fəaliyyətlər var, İctimai Şura və digər saytlardır. Onlara biz artıq sonra baxırıq, amma ilk növbədə yeni işçi qəbul edəndə də biz onlara tapışırıq veririk ki, birinci növbədə QHT.AZ saytını izləyin və orada elan verilən, dərc olunan bütün məlumatları oxuyun, məlumatınız olsun, həm təcrübə topluyun, həm də təbii ki, rəhbərliyi məlumatlandırın ki, QHT.AZ saytında belə bir yazı var. O cümlədən sizin Facebook sayfənizdə də biz, yəni, bilabasitə bütün son məlumatlarla tanış oluruq. O cümlədən ciddi məqalələr, əhatəli araşdırmalar və digər materiallardan da biz sizin saytınız vasitəsilə geniş tanış ola bilirik.

Buna görə sizə minnətlarımızı bildiririk. Bir daha, Bakı QHT Respublika Təlim Mərkəzi adından, İctimai Nəzarət Mərkəzi adından və digər bizim dostlarımız adından, çevrəmiz adından, İctimai Müzakirə Qrupu adından və təbii ki, bütünlükdə Vətəndaş Cəmiyyəti adından sizi təbrik edirik, sizin komandanıza uğurlar arzulayırıq və inanırıq ki, gələn il, on illiyi də biz sizlə bir yerdə möhtəşəm qeyd edəcəyik.

Uğurlar, dəyərli dostlar! "


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı