Xəbərlər 11.07.2024 13:35 2985

Dövlət Məşğulluq Agentliyi ABŞ-nin “Communitas” beynəlxalq təşkilatının xüsusi mükafatı ilə təltif edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən nüfuzlu “Communitas” beynəlxalq təşkilatının müsabiqəsində uğura imza atıb.

 

“Communitas Awards” adlı beynəlxalq müsabiqədə Agentliyin Mərkəzi Karyera filialının fəaliyyəti yüksək qiymətləndirilib və Agentlik “İctimai Xidmətdə Liderlik və Korporativ Sosial Məsuliyyət” kateqoriyası üzrə təşkilatın xüsusi mükafatına layiq görülüb.

 

Müsabiqədə həm dövlət, həm özəl sektordan olan təmsilçilər beynəlxalq səviyyədə peşəkar münsiflərdən ibarət komissiya tərəfindən bir sıra meyarlar üzrə qiymətləndiriliblər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı