İradə Rizazadə: "QHT-nin bütün fəaliyyətlərinin mətbuat vasitəsilə yayılmasına böyük ehtiyacı var idi"
Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə:
"Hörmətli Cəsarət müəllim,
Səmimi qəlbdən təbrik edirəm. QHT-lərin fəaliyyəti çox önəmlidir, lakin bu fəaliyyətin ictimaiyyətə doğru şəkildə çatdırılması, dövlət qurumlarının məlumatlılığının artırılması və vətəndaş cəmiyyətinin hüquqlarının qorunmasında da QHT.az saytının əhəmiyyətli rolu var. Milli QHT Forumunda il ərzində bu məsələni həmişə qaldırdıq və nəhayət, QHT.az saytının yaranması ilə bu məsələyə yekun verildi. Sizə bu məsələdəki dəstəyiniz üçün böyük təşəkkür edirəm. QHT-nin bütün fəaliyyətlərinin mətbuat vasitəsilə yayılmasına böyük ehtiyacı var idi, nəhayət QHT.az saytı yarandı.
Ümid edirik ki, QHT.az saytı inkişafını davam etdirərək daha böyük uğurlar əldə edəcək. Əməkdaşlığımızın geniş və səmərəli olmasını ümid edir, bu yolda birgə çalışmağımızı arzulayıram. Ümidvaram ki, əməkdaşlığımız çox geniş, səmərəli olacaq.".