Xəbərlər 17.07.2024 08:25 2074

Mediatorlar Qırğızıstanda Azərbaycan Diasporasını ziyarət edib

Qırğızıstanda səfərdə olan Türk Dünyası Arabulucular Birliyinin nümayəndə heyəti Qırğızıstanda fəaliyyət göstərən Qırğızıstan Respublikası Azərbaycanlılarının "BIRLIK" İctimai Birliyini ziyarət edib.

QHT.az xəbər verir ki, birliyin sədri Xansıvar Baxşəliyev Birliyin gördüyü işlər, birliyin fəaliyyəti, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin yüksək fəaliyyəti nəticəsində Azərbaycan və Qırğızıstan xalqının diaspor birlikləri ilə çox sıx əlaqələrin qurulması və Komitə tərəfindən Qırğızıstanda görülən işlər barədə geniş məlumat verib. Xansıvar Baxşəliyev nümayəndə heyətini birliyin ofis şəraiti ilə tanış edib.

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Türk Dünyası Mediatorlar Birliyinin sədri Yakup Erikel birliyin fəaliyyətinə uğurlar arzu edib və Komitəsi və Birliyin Qırğızıstandakı yüksək fəaliyyətindən qürur duyduqlarını diqqətə çatdırıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı