Xəbərlər 18.07.2024 16:57 3629

QHT “Qərbi Azərbaycan əzəli və əbədi torpağımızdır” adlı kitab nəşr edib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyi “Şabran rayonunda məskunlaşmış Qərbi Azərbaycanlı soydaşlarımız arasında əzəli torpaqlarımıza qayıdış imkanlarının təbliği” layihəsinin icrası davam edir.

QHT.az xəbər verir ki, layihə rəhbəri Gülsənəm Əmrahova bu barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində “Qərbi Azərbaycan əzəli və əbədi torpağımızdır” adlı kitab nəşr edilib. Kitabda  son 200 il ərzində tarixin müxtəlif dönəmlərində soydaşlarımızın Qərbi Azərbaycan ərazisindən məcbiri şəkildə deportasiya olunmalarının bütün mərhələləri tarixi faktlar əsasında ətraflı şərh edilib. Qərbi Azərbaycan ərazisində yerləşən doğma yurd yerlərimizin hər birinə aid maraqlı məlumatlar layihənin hədəf qrupunun və oxucuların diqqətinə çatdırılıb.

Həmçinin layihə çərçivəsində Şabran rayonunun Şabran şəhəri, Kilvar, Ağbaş, Xəlfələr, Yeləkəsən və Taxtalar kəndlərində məskunlaşmış 24 ailədə qayıdış prosesinə yönəlik  maarifləndirici görüşlərin  keçirilməsi nəzərdə tutulub. Layihənin həyata keçirilməsi qərbi azərbaycandan deportasiya olunmuş soydaşlarımız arasında vətənə qayıdış, torpağa bağlılıq və sahiblənmək  ideyalarının  aşılanmasına və təbliğinə  xidmət göstərir. Kitabla ətraflı tanışlıq və oxumaq üçün aşağındakı linkdən daxil ola bilərsiniz.

Aşağıdakı linkdən kitabın PDF versiyasını yükləyə bilərsiniz:

“Qərbi Azərbaycan əzəli və əbədi torpağımızdır”

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı