"İmişli gəncləri üçün liderlik məktəbi" layihəsi: Gənclərin inkişafı və liderlik bacarıqlarının artırılması yolunda - FOTOLAR
"Regional İnkişaf" İctimai Birliyi tərəfindən həyata keçirilən “İmişli gəncləri üçün liderlik məktəbi" layihəsi davam edir.
QHT.az xəbər verir ki, layihəyə əsas təlimçi kimi cəlb edilmiş Tofiq Sadıxov tərəfindən iştirakçılara gənclərin şəxsi inkişafı, liderlik bacarıqlarının artırılmasına yönəlmiş təlimlər keçilir, qrup işləri təşkil olunur və müzakirələr aparılır. “İmişli gəncləri üçün liderlik məktəbi" çərçivəsində təlimlərlə yanaşı, gənclərlə "Regional İnkişaf" İctimai Birliyinin əməkdaşlarının müxtəlif məzmunlu görüşləri keçirilir, fikir mübadiləsi aparılır, onların təşəbbüs və ideyaları dinlənilir.
Qeyd edək ki, layihə iştirakçıları üçün nəzərdə tutulan təlimlər və görüşlər, gənclərin liderlik bacarıqlarının inkişaf etdirilməsi ilə yanaşı, onların cəmiyyətə daha aktiv şəkildə inteqrasiya olunmasına və sosial layihələrdə fəal iştirak etməsinə təkan verir. Bu cür təşəbbüslər, gənclərin gələcəkdə daha məsuliyyətli və ictimai həyatda daha fəal rol almalarına kömək edir.
Pərvanə Fərhadqızı