Ramil İskəndərli: COP29 QHT Koalisiyası Xarici tərəfdaşların yüksək marağına səbəb olub
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, COP29 QHT Koalisiyası yaradılması təşəbbüsü xarici QHT-lər tərəfindən yüksək maraqla qarşılanıb.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, artıq 30 ölkədən 108 xarici QHT bu koalisiyaya qoşulmağa razılıq verib və müraciətlər hər gün davam edir. Koalisiyada yer alan QHT-lərin əksəriyyəti inkişaf etməkdə olan ölkələrdəndir. Ramil İskəndərli həmçinin qeyd edib ki, bu əməkdaşlığın qurulmasında Azərbaycan Milli QHT Forumunun üzvləri yaxından iştirak edir və hər kəs bu prosesə töhfə verməyə çalışır. O, həmçinin Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə QHT-lər üçün "COP29-la bağlı beynəlxalq təşəbbüslər" müsabiqəsinin elan olunmasını vurğulayıb. Bu müsabiqə yerli və xarici QHT-lərin birgə layihələr icra etməsinə imkan yaradır.
