Deputat: "Pensiyalarda artım 2025-ci ilin yanvarında gözlənilir"
QHT.az xəbər verir ki, deputat Vüqar Bayramovun verdiyi məlumata görə, 2025-ci ilin yanvar ayından etibarən ölkədə bütün növ əmək pensiyalarında artım gözlənilir.
Bu artım, cari ildə orta aylıq əmək haqqındakı 8.8 faizlik yüksəlişə əsaslanaraq həyata keçiriləcək. Deputat, pensiya artımlarının hər il yanvar ayında indeksləşdirildiyini və konkret rəqəmlərin ilin sonuna yaxın müəyyənləşəcəyini qeyd edib: "Pensiya kapitalı da inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək".
Pərvanə Fərhadqızı