Ramil Göyüşov: "Seçicilərimin problemlərini müvafiq qurumlara çatdırdım"
Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri və 107 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindən deputatlığa namizəd Ramil Göyüşov seçiciləri ilə görüşərək onların ehtiyaclarını və qarşılaşdığı problemləri dinləyib. Görüş zamanı Göyüşov, seçicilərinin qaldırdığı məsələlərin əhəmiyyətini vurğulayaraq, bu problemləri müvafiq dövlət qurumlarına rəsmi şəkildə çatdırdığını açıqlayıb.
QHT.az xəbər verir ki, Ramil Göyüşov bildirib: "Seçicilərimizin həyat şəraitini yaxşılaşdırmaq və qarşılaşdıqları çətinliklərin həllinə nail olmaq əsas prioritetlərimdəndir. Bu gün ərazidə mövcud olan müəyyən problemləri aidiyyəti qurumlara rəsmi olaraq çatdırmışam. Ümid edirəm ki, bu problemlərə tez bir zamanda reaksiya veriləcək və həlli yönündə addımlar atılacaq."
Göyüşov, seçicilərinin rifahını yüksəltmək və onların səsini eşitdirmək üçün bütün səylərini davam etdirəcəyini qeyd edib.
Pərvanə Fərhadqızı
QHT.az