Xəbərlər 27.08.2024 00:58 2255

Ən çox turist hansı ölkələrə gəlir?

Bir ay əvvəl dünyanın bir çox KİV-ləri Mayorkada etiraz aksiyası keçirən minlərlə insanın görüntülərini yayıblar - adanın sakinləri yerli əhali üçün çətinlik yaradan kütləvi turizmə qarşı çıxıblar.

QHT.az xəbər verir ki, İspaniya, xüsusən yay aylarında səyahət edənlər arasında ən populyar yerlərdən biridir. Bununla belə, Ümumdünya Turizm Təşkilatının (BMT Turizm) statistikasına görə, 2023-cü ildə ən populyar ölkələrin reytinqində ikinci yeri (ildə təxminən 85 milyon turist) tutur. 

Ən sevimli səyahət məkanı isə Fransa idi - ən azı sevgi şəhəri sayəsində bir çox insanın görməli olduğu yerlər siyahısında olan Parisdir. Ötən il bu ölkəyə xaricdən 100 milyon ziyarətçi gəlib. Turistlərin sayına görə ilk 10-luqda daha sonra ABŞ, İtaliya, Türkiyə, Meksika və Böyük Britaniya yer alıb.
 
Pərvanə Fərhadqızı

Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı