QHT könüllüləri “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransında sertifikatla təltif edildi - FOTOLAR
Avqustun 29-da ADA Universitetində keçirilən tədbirdə “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransının təşkilinə dəstək olan “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinə sertifikatlar təqdim edilib.
QHT.az xəbər verir ki, tədbirdə konfransın yüksək səviyyədə təşkilində göstərdikləri fədakarlıq və səylər üçün könüllülərə təşəkkürlər bildirildi. Könüllülər, ADA Universitetinin tələbələri ilə yanaşı, müxtəlif regionlardan gələn gənclərdən ibarət idi və onlar konfransın təşkilati işlərinə böyük töhfə veriblər.
Sertifikatlar könüllülərin əzmkarlığını və ictimai fəallığını vurğulamaq məqsədilə təqdim edilib. Bu təşəbbüs, gənclərin təhsil sahəsində aktiv iştirakını və peşəkar inkişafını təşviq etmək məqsədi daşıyır. Tədbirin sonunda çıxış edənlər, bu cür beynəlxalq tədbirlərdə könüllü fəaliyyətin gənclərin təcrübə qazanması və özlərini inkişaf etdirməsi üçün əhəmiyyətini vurğuladılar. Könüllülərə gələcək fəaliyyətlərində uğurlar arzulandı.