Nəriman Nərimanovun yeganə oğlu Nəcəf Nərimanov anım günüdür
10 sentyabr Nəriman Nərimanovun yeganə oğlu Nəcəf Nərimanov anım günüdür.
QHT.az xəbər verir ki, o, 1919-cu ilin dekabrın 2-də Moskvada dünyaya göz açıb, 1941-1945-ci illər müharibəsində itirdiyimiz istedadlı, bilikli və bacarıqlı, qeyrətli, texniki bilikləri dərindən öyrənən, bu sahə ilə bağlı böyük arzularla yaşayan, faşistlərlə ölüm-dirim savaşında igidlik göstərmiş və 24 yaşında dünyadan nakam köçüb.
İlk olaraq Nəriman Nərimanovun ölümündən bir qədər əvvəl balaca Nəcəfə ünvanlayaraq yazdığı və təəssüf ki, bitirə bilmədiyi məktubdan bəzi sətirləri nəzərinizə çatdırırıq: “Əziz oğlum Nəcəf! Əgər mən yaşasam, səni elə böyütməyə çalışacağam ki, sən bəşəriyyət üçün faydalı adam olasan; əgər mənə əcəl aman verməsə, səndən təvəqqe edirəm, mənim insanlara göstərdiyim kiçik xidmət qədər bir xidmət göstər... Ümid edirəm ki, sən öz işinlə mənim əməllərimi daha da dolğun edəcəksən”.