Xəbərlər 13.09.2024 18:32 1929

Elşad Məmmədov: "Azərbaycan və Rusiyanın enerji əməkdaşlığı yeni imkanlar yaradır"

Azərbaycan Texniki Universiteti İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor Elşad Məmmədovun Rusiyanın energetika sahəsi üzrə aparıcı analitik resursunda yayımlanan təhlili böyük diqqət çəkib.

QHT.az xəbər verir ki, professor öz təhlilində Rusiya və Azərbaycan arasında enerji sektorunda əməkdaşlığın perspektivlərindən bəhs edərək, iki ölkənin qaz və neft sahəsindəki əməkdaşlığının daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin, Rusiyanın qazını Azərbaycan vasitəsilə İrana nəql etmək imkanlarını, texnoloji tərəfdaşlığın əhəmiyyətini və regiondakı enerji layihələrinin inkişafını diqqətə çatdırıb.

E.Məmmədovun fikrincə, energetika sahəsində əməkdaşlıq hər iki ölkə üçün strateji üstünlüklər qazandıracaq və yeni imkanlar yaradacaq.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı