Xəbərlər 26.09.2024 00:12 2034

Oktyabrın 2-də ilin ikinci Günəş tutulması baş verəcək

2024-cü ilin ikinci Günəş tutulması oktyabrın 2-də baş verəcək. Tutulma halqavari Günəş tutulmasıdır. Ay Yerdən daha uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Ay Günəşin səthini tam bağlamır və Ayın ətrafında parlaq halqa yaranır. Ona görə bu zaman baş verən tutulma halqavari Günəş tutulması adlanır.

QHT.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin astrofizika kafedrasının dosenti Xıdır Mikaylovun verdiyi məlumata görə, bu hadisə adi astronomik hadisələrdən biridir və həlqəvari günəş tutulması adlanır. Xıdır Mikaylov, ayın Yerdən uzaqda olduğu zaman baş verən həlqəvari günəş tutulması ilə yanaşı, ayın Yerlə yaxın olduğu halda tam tutulma meydana gəldiyini qeyd edib. Tutulma hadisəsi oktyabrın 2-də Bakı vaxtı ilə saat 19:42:47-də başlayacaq və 3 oktyabr saat 01:46:47-də sona çatacaq. Tutulmanın maksimumu 2 oktyabr saat 22:44:51-də olacaq. Tutulma hadisəsi 6 saat 4 dəqiqə davam edəcək. Tam tutulma oktyabrın 2-si saat 20:50:24-də başlayıb, oktyabrın 3-ü saat 00:39:04-də başa çatacaq. Tam tutulma prosesi 3 saat 48 dəqiqə 40 saniyə davam edəcək.

Halqavari Günəş tutulması Çili və Argentinanın cənubunda müşahidə olunacaq. Ən azından qismən tutulma görən ölkələr Şimali Amerikanın cənubu, Cənubi Amerikanın böyük hissəsi, Sakit və Atlantik okeanlar, Antarktida olacaq. Tutulma Azərbaycandan müşahidə olunmayacaq.

Qeyd edək ki, astronomlar və göy obyektlərinə maraq göstərənlər bu fenomeni izləmək üçün həmin yerlərə səyahət etməyə hazırlaşırlar.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı