Xəbərlər 01.10.2024 08:51 1286

Varşavada "İqlim Dəyişikliyi və Qaçqınların Sağlamlığı" mövzusunda tədbir keçiriləcək

2024-cü il oktyabrın 2-də Varşavada keçiriləcək İnsan Ölçüsü Konfransı çərçivəsində “İqlim Dəyişikliyi və Qaçqınların Sağlamlığı: Zəifliklərin və Gələcək Risklərin Aradan Qaldırılması” adlı yan tədbir baş tutacaq. 

QHT.az xəbər verir ki, tədbirdə məcburi köçkünlərə yönəlmiş QHT-nin nümayəndəsi Nadimə Rəhimli öz şəxsi köçkünlük hekayəsini bölüşəcək, eyni zamanda İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) Fuad Kərimli iqlim dəyişikliyinin səbəb olduğu yerdəyişmələr kontekstində məcburi köçkünlərin üzləşdiyi sosial-iqtisadi problemləri müzakirə edəcək.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı