Xəbərlər 03.10.2024 19:44 3110

İstanbul Medipol Universiteti və Azərbaycan Mediasiya Şurası arasında əməkdaşlıq görüşü keçirilib - FOTOLAR

İstanbul Medipol Universiteti və Azərbaycan Mediasiya Şurası arasında tanışlıq görüşü keçirilib və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

QHT.az xəbər verir ki, Mediasiya Şurasının Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri və Bakı 9 Saylı Mediasiya Təşkilatının rəhbəri Leyla Nəsibova İstanbul Medipol Universitetində olub, Türk Dünyası Mediatorlar Birliyi çərçivəsində Türkiyə Respublikasının mediasiya təcrübəsinin öyrənilməsində nəzəri yanaşmaların öyrənilməsi məqsədi ilə görüşlər keçirilib. Görüş zamanı yerində mediasiya seminarlarının və təlimlərin təşkili ilə tanışlıq olub.

İstanbul Medipol Universitetinin Hüquq Fakültəsinin dekanı Dr. Ayşe Nuhoğlu fakültənin fəaliyyəti, mediasiya təlimləri və seminarlar barədə geniş məlumat verib. O qeyd edib ki, Universitet beynəlxalq səviyyədə mediasiya təlimlərinin təşkili üçün böyük və geniş imkanlara malikdir.

Görüşdə İstanbul Medipol Universiteti Davamlı Təhsil Mərkəzinin müdir müavini Canan Biçer də iştirak edib. O, Mərkəzin əsas fəaliyyətindən, Universitetin davamlı təhsil sahəsindəki üstünlüklərindən və qurula biləcək əməkdaşlıqlar çərçivəsində birlikdə görülə biləcək işlərdən söz açıb.

Bakı 9 saylı mediasiya təşkilatının rəhbəri Leyla Nəsibova Türkiyə Cümhuriyyətində mediasiya təcrübəsinin uzun illər formalaşmış nəzəri əsaslarının birgə əməkdaşlıq üçün zəruri olduğunu qeyd edib.

Görüşdə Azərbaycan Respublikası Mediasiya Şurasının üzvləri üçün təlim və seminarların təşkili üzrə məsələlər geniş müzakirə edilib və qeyd edilib ki, beynəlxalq səviyyəli birgə seminarların təşkili hər iki ölkənin qurumları üçün çox önəmli olacaqdır. Yaxın gələcəkdə Azərbaycanlı mediatorların beynəlxalq sertifikat proqramlarında iştirakı ilə bağlı Medipol Universitetləri ilə birgə əməkdaşlığa başlanacaqdır.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı