Xəbərlər 09.10.2024 13:02 1676

"Karbon ayaq izimizi necə azalda bilərik?" – COP29 üçün praktik addımlar / VİDEO

Karbon ayaq izimizi azaltmaq hər birimizin üzərinə düşən mühüm vəzifədir. "30 Saniyədə İzah Edildi" seriyasında bu gün, fərdlər və dövlətlər səviyyəsində atıla biləcək praktiki addımlardan danışılır. Fərdi olaraq, biz gündəlik həyatımızda alış və səyahət vərdişlərimizi dəyişdirə, ət istehlakını azaltmaqla və qida tullantılarını minimuma endirməklə ətraf mühitə töhfə verə bilərik.

QHT.az xəbər verir ki, Hökumətlərarası İqlim Dəyişiklikləri Təşkilatından verilən məlumata görə, qlobal səviyyədə isə ölkələr külək və günəş kimi təmiz enerji mənbələrinə keçməli, enerji səmərəliliyini artırmalı və sənaye sahəsində daha sərt siyasət və qaydalar tətbiq etməlidir. COP29 konfransı ərəfəsində bu kimi mövzuların əhəmiyyəti daha da artır və hər kəsin bu istiqamətdə fəaliyyət göstərməsi vacibdir.

Bu mövzuda daha çox məlumat üçün videoya baxa bilərsiniz.

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı