Xəbərlər 01.11.2024 17:08 1745

İşğaldan azad edilmiş ərazilərdə keçirilən tibbi aksiya davam etdirilib - FOTOLAR

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi (MOM), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və “Regional İnkişaf" İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı, “PAŞA Holding” və “PAŞA Sığorta” ASC-nin dəstəyi ilə işğaldan azad edilmiş ərazilərdə keçirilən tibbi aksiya davam etdirilib.

QHT.az xəbər verir ki, aksiya çərçivəsində oktyabrın 31-də TƏBİB və Milli Onkologiya Mərkəzinin peşəkar həkim briqadaları tərəfindən növbəti müayinələr Zəngilan rayonunun Ağalı kəndində aparılıb. Sakinlərə müxtəlif sahələr üzrə, ümumilikdə 367 tibbi xidmət göstərilib.

Qeyd edək ki, layihə xəstəliklərin erkən diqanostikası, vaxtında dəqiq müayinə və müalicəsinin aparılması, eyni zamada öz doğma yurd-yuvalarına qayıdan vətəndaşlarımıza keyfiyytəli tibbi xidmət göstərilməsinin əlçatanlığının təmin olunması məqsədilə icra edilib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı