""Yaşıl Dünyanı Qoruyaq!" adlı tədbir keçirildi" - QHT sədri / FOTOLAR
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Uşaq Qaynar Xəttinin rəhbəri, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin direktoru Kəmalə Aşumovanın açıqlamasına görə, Nəsimi rayonu məktəbində "Yaşıl Dünyanı Qoruyaq!" adlı tədbir keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə ətraf mühitin qorunması və iqlim dəyişikliyinin fəsadları mövzusuna diqqət çəkilib. K.Aşumova bildirib ki, COP29 konfransına Azərbaycanın ev sahibliyi etməsi beynəlxalq ictimaiyyətin ölkəmizə olan hörmət və etimadının göstəricisidir. Tədbirdə şagirdlər çıxışlar və səhnəciklər nümayiş etdirib, qonaqlar arasında Elm və Təhsil Nazirliyi, Nəsimi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının təmsilçiləri də iştirak edib. Balacalar ilk öncə "Ekoloqların himni", "Bizim torpaq", "Mənim vətənim" mahnılarını oxudu, "Yaşıl meşəni kim xilas edəcək?" adlı kiçik səhnəcik nümayiş etdirdi və şeirlər səsləndirdilər. Tədbirin sonunda söz məktəbin direktoru Sevinc Budaqovaya verildi. Cop 29-la bağlı ətraflı məlumat verən Sevinc Budaqova tədbirin keçirilməsində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirərək sözü gələn qonaqlara verdi.
Sonda xatirə şəkilləri çəkdirildi.
Pərvanə Fərhadqızı