Qəhrəman şəhidimiz Bəhruz İsgəndərovun doğum günüdür
Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu olan Bəhruz İsgəndərov 1986-cı il noyabrın 29-da Gəncə şəhərində anadan olub.
QHT.az xəbər verir ki, o, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 29-da Laçın döyüşləri zamanı qəhrəmancasına şəhid olub.
Bəhruz İsgəndərov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!