Xəbərlər 29.11.2024 17:00 250

Mingəçevirli yazarların 25 illik yubileyi qeyd olundu - FOTOLAR

Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin yaradılmasının 25 illik yubileyi münasibətilə geniş tədbir keçirilib. İştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək ehtiramlarını bildiriblər.

QHT.az xəbər verir ki, Mingəçevir Dövlət Universitetində təşkil olunan tədbirdə şəhər İcra Hakimiyyətinin nümayəndələri, yazarlar, tələbələr və ziyalılar iştirak edib. Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin anılması ilə başlanan mərasimdə AYB-nin Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə bölmənin fəaliyyəti barədə məlumat verib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yazarları təbrik edərək bölmənin yaradıcılıq məkanına çevrildiyini vurğulayıb. O, həmçinin dövlətin ziyalılara göstərdiyi diqqət və qayğını xüsusi qeyd edib.

Tədbirdə bir qrup yazar Fəxri Fərmanla təltif olunub. Mahnı və aşıq musiqisindən ibarət proqram iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

 











 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı