Xəbərlər 06.12.2024 12:21 236

Qəhrəman şəhidimiz Rüfət Əliyevin anım günüdür

Dövlət Sərhəd Xidmətinin Çevik Hərbi Dəstəsinin giziri olan Rüfət Əliyev 1992-ci il dekabrın 6-da Bakıda anadan olub.

QHT.az xəbər verir ki, müddətli hərbi xidmətini bitirdikdən sonra öz arzusu ilə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına yazılıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli , Hadrut, Cəbrayıl , Xudafərin və Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak edib və 7 noyabrda Ağbənd uğrundakı döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Rüfət Əliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı