Jurnalistikaya həsr olunmuş dəyərli ömür sonlandı
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov 8 dekabr 88 yaşında vəfat etdi. Onun dünyasını dəyişməsi xəbəri dərin hüznlə qarşıladım.
Mahmud müəllim həm elmi-pedaqoji fəaliyyətində, həm də jurnalistika sahəsində gördüyü işlərlə bizlərə örnək olan, şəxsiyyəti və peşəkarlığı ilə yaddaşlarda silinməz izlər buraxan bir insan idi. Mən onun tələbəsi olaraq "Ədəbi redaktə" dərslərində yalnız nəzəri biliklər deyil, həm də jurnalistikaya olan sevgini və fədakarlığı öyrəndim.
Onun bizlərə verdiyi tövsiyələr və həyat dərsləri hələ də mənim üçün işıq rolunu oynayır. Mahmud müəllimin tələbələrinə qarşı qayğıkeşliyi, elmə olan bağlılığı və insanlara yanaşmasındakı səmimiyyəti onu unudulmaz bir pedaqoq və insan kimi tanıdıb.
Allah rəhmət eləsin. Ruhunuz şad, məkanınız cənnət olsun, Mahmud müəllim! Ailənizə və yaxınlarınıza dərin hüznlə başsağlığı diləyirik.
Pərvanə Fərhadqızı