Xəbərlər 26.12.2024 15:50 251

Gülayə Səfərova: "Ailələrin hüquqları və sosial dəstək 2025-ci il üzrə prioritetimizdir"

Ailə Dünyası Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova QHT.az -a özəl açıqlamasında 2025-ci il üçün təşkilatlarının fəaliyyət istiqamətlərinə dair açıqlama verib.

QHT sədri bildirib ki, təşkilatın əsas məqsədlərindən biri ailələrin hüquqlarının qorunmasıdır. O, ailədaxili münasibətlərə təsir edən amillərin öyrənilməsi və ailələrin dağılmasının qarşısının alınması sahəsində görülən işlərin davam etdiriləcəyini qeyd edib. Gülayə Səfərova həmçinin insan alverinin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərinin gücləndiriləcəyini və insan alverindən zərərçəkmiş şəxslərin və potensial qurbanların sosial reabilitasiyasının həyata keçiriləcəyini vurğulayıb. O, çətin həyat şəraitində olan ailələr üçün sosial xidmətlərə çıxış imkanlarının artırılmasının təşkilatlarının prioritet istiqamətlərindən olduğunu bildirib.

QHT sədri Ailə Dünyası İctimai Birliyinin 2025-ci ildə də ailə və insan hüquqları sahəsində fəaliyyətini daha da gücləndirəcəyini və cəmiyyətə müsbət təsir göstərən layihələrə imza atmağa davam edəcəyini ifadə edib. Təşkilat, bu sahədə mövcud problemlərin həllinə yönəlmiş yeni tədbirlər həyata keçirməyi hədəfləyir.

 

 

Pəvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı