Xəbərlər 27.12.2024 12:05 197

QHT üzvləri Suraxanı RİH başçısı Adil Əliyevlə görüşdü

Dekabrın 23-də "İstedadları Tanıyaq və Tanıdaq" İctimai Birliyinin bir qrup istedadlı üzvü Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevlə görüşdü. Görüşdə təşkilat sədri Vüsalə Qələndərli (Sadıqova) və təşkilat nümayəndəsi Yaşar Qələndərli Quliyev, istedadlı gənclər Mehdi Həsənov, Yusif Allahverdiyev, Lalə Cavadzadə, Xədicə Şirinova iştirak etdi. 

Hər zaman istedadlı uşaq və gənclərə dəstək olan Adil Əliyevlə bu dəfə də səmimi görüş baş tutdu. Adil Əliyev təşkilatın fəaliyyətini və gənclərimizin uğurlarını yaxından izlədiyini və yüksək qiymətləndirdiyini bildirdi, istedadlı gənclərimizə uğurlar arzuladı. Təşkilat sədri Vüsalə Qələndərli Adil Əliyevə təşkilatın fəaliyyətində hər zaman mənəvi dəstəyinə görə təşəkkür etdi. 

Qeyd edək ki,  Adil Əliyev  dəfələrlə təşkilatın  istedadlı üzvlərilə  görüş keçirib, mənəvi dəstəyini əsirgəməyib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı