Xəbərlər 15.01.2025 18:20 181

"Biznesdə Korporativ Sosial Məsuliyyət" kitabının 4-cü nəşri işıq üzü gördü

Müəllifi Nadir Adilman olan "Biznesdə Korporativ Sosial Məsuliyyət" adlı kitabının 4-cü nəşri oxuculara təqdim olundu. Kitabda biznes sahəsində korporativ sosial məsuliyyətin prinsipləri, dayanıqlı inkişaf məqsədləri və onların tətbiq mexanizmləri ətraflı şəkildə izah edilir.

QHT.az xəbər verir ki, kitab, sahibkarlar, menecerlər, tələbələr və davamlı inkişaf ilə maraqlanan hər kəs üçün unikal bir bələdçidir. Korporativ sosial məsuliyyət mövzusunda praktiki biliklər təqdim edən bu nəşr, biznes sahəsində sosial məsuliyyətin cəmiyyətə və iqtisadi inkişafa olan təsirini dərindən başa düşməyə kömək edəcək.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı