Xəbərlər 23.01.2025 18:15 312

9 qeyri-hökumət təşkilatın nümayəndələri - MSK sədrindən açıqlama

Bələdiyyə seçkiləri Azərbaycan ictimaiyyətində xüsusi maraq doğurur. 685 bələdiyyəyə 8071 üzv seçilməlidir. Adları bülletenlərə salınan namizədlərin sayı isə bundan iki dəfədən çox - 16 mindən artıqdır.

QHT.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, Azərbaycanda fəaliyyət göstərən 26 siyasi partiyanın 23-ü bələdiyyə seçkilərində öz namizədləri ilə fəal iştirak edir.

M.Pənahov vurğulayıb ki, 9 qeyri-hökumət təşkilatının təmsilçiləri həm namizəd, həm də müşahidəçi kimi qeydə alınıblar.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı