Xəbərlər 11.02.2025 01:13 164

Hər gün bitki çayı içsəniz, orqanizminizdə nə baş verir: Diyetoloqlar

Diyetoloqlar bitki çayının bütün faydalı xüsusiyyətləri haqqında danışdılar.

QHT.az xəbər verir ki, çay dünyada sudan sonra ən populyar içkidir. Bitki çayları isə yalnız dadlı deyil, həm də sağlamlıq üçün faydalıdır. Bitki çayları antioksidantlar, polifenollar və bioaktiv birləşmələrlə zəngindir. Onlar bədəni nəmləndirir, dərini təravətləndirir və həzmi yaxşılaşdırır.

  • Hibiskus çayı – antioksidantlarla zəngindir, dərini qoruyur, qan təzyiqini aşağı salır.
  • Nanə çayı – bağırsaq problemlərini aradan qaldırır.
  • Çobanyastığı və lavanda çayı – yuxu keyfiyyətini artırır.
  • Rozmarin və ginkqo biloba çayı – yaddaşı gücləndirir, Alzheimer və demans riskini azaldır.
  • Darçın çayı – ürək sağlamlığını dəstəkləyir.

Ən vacib məqam çayı şəkərsiz içməkdir ki, onun faydaları maksimum olsun.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı