Xəbərlər 14.02.2025 12:18 348

"Sevgililər Günü müxtəlif mədəniyyətlərdə fərqli şəkildə qeyd olunaraq..." - Zenfira Mustafayeva

Dünyanın bir çox ölkəsində qeyd olunan Sevgililər Günü 14 fevral müxtəlif mədəniyyətlərdə fərqli şəkillərdə qeyd edilir.

Bu günün tarixi, qədim Roma dövrünə qədər gedib çıxır. Katolik xristian inancına görə, Sevgililər Günü ilk dəfə olaraq bu dövrdə bayram kimi qeyd olunub. Lakin Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva bu günün tarixinin həm də utancverici bir məqamla yadda qaldığını bildirib:

"Ənənəyə görə, cütlüklər atılan püşkə əsasən bir-birinə təyin olunmuş partnyorla həmin gün birlikdə olmalı idilər. Lakin zamanla bu əxlaqi dəyərlərə qarşı olan vəziyyətə imperatorlar müdaxilə edərək müəyyən qadağalar qoymuşdular. Sonradan digər imperatorlar əxlaqi dəyərlərə son qoyan belə halları aradan qaldırmağa çalışaraq müəyyən qadağalar qoydular. Hətta rahib Valentinin adı ilə tarixə düşən bu gün, elə Valentinin özü barədə də xoşagəlməyən faktlar mövcuddur. İllər keçdikcə bu gün sevgililərin bir-birinə sevgi mesajları göndərdiyi bir günə çevrildi. Ən çox verilən hədiyyələr güllər oldu. Ancaq, bu bayram, bəzi müsəlman ölkələrində qeyd olunmur".

Zenfira Mustafayeva Azərbaycanda isə bu günün fevralın 14-də deyil, iyunun 30-da qeyd olunduğunu vurğulayıb:

"Bu tarix İlham və Fərizənin xatirəsinə ithafən qeyd edilir. Bu böyük məhəbbətin simvolu olan gün, hər bir gəncin yaddaşı olmalı və gələcəkdə birgə həyatda addımlayanda bu məhəbbət onların yol göstərəni olmalıdır. Ruhumuzu bütövləşdirən, mənəviyyatımıza işıq saçan, əbədi məhəbbət arzu edirik gənclərimizə. Milli dəyərlərimizə söykənən sevgi, sadiqlik, bizim mental dəyərlərimizdən qaynaqlanmalıdır. Kaş ki, Sevgililər bir-birinə "ruhumun yarısı" deyə müraciət edələr və bu müqəddəs sevgi hər zaman onların bir-birinə qarşı hörmətini, etibarını və bağlılığını gücləndirsin".

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı