Xəbərlər 20.02.2025 12:40 156

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Gəncədə ictimai dinləmə keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankı maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Gəncə şəhərində ictimai dinləmə keçiriləcək.

 

Tədbirdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək.

 

İctimai dinləmə 25 fevral 2025-ci il tarixində saat 12:00-da Gəncə şəhəri, Atatürk prospekti, 434 ünvanında, YAP Gəncə şəhər təşkilatının binasında keçiriləcək.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı