Xəbərlər 25.02.2025 11:11 156

QHT sədri: "Azərbaycan gəncliyi Xocalı həqiqətlərinin yayılması istiqamətində fəal olmalıdır"

"Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Tükəzban Süleymanova QHT.az-a verdiyi açıqlamada Azərbaycan gəncliyinin Xocalı soyqırımı barədə kifayət qədər məlumatlı olduğunu vurğulayıb.

QHT sədri bildirib ki, uzun illər ərzində ailədən başlayaraq bağça, məktəb və ümumilikdə cəmiyyət səviyyəsində aparılan maarifləndirmə nəticəsində Xocalı faciəsi unudulmayıb:

"Bunun məntiqi nəticəsidir ki, vaxtilə ayaqyalın, başıaçıq o torpaqları məcburən tərk edən körpələr, 30 il sonra o torpaqları qanları və canları bahasına geri qaytardılar. Bu gün Xocalı azaddır. Bu gün Xocalıda bu torpaqların əsl sahibləri yaşayır, yaradır. Lakin gələcək nəsillərin bu soyqırımı unutmasına yol vermək olmaz. Çünki bu, bizim qan yaddaşımızdır. Bunun üçün də Azərbaycan gəncliyi Xocalı həqiqətlərini dünya ictimaiyyəti tərəfindən tanınması yolunda öz üzərilərinə düşəni etməlidirlər. Artıq internet, süni intellekt əsridir. Dövrün texnoloji imkanlarından istifadə etməklə gənclər müxtəlif platformalarda Xocalı həqiqətlərinin yayılması istiqamətində müxtəlif işlər görə bilərlər və bu, müəyyən qədər edilir də. Təbii ki, dövlət də bu yöndə lazım olan işləri görməlidir və görür".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı