Xəbərlər 01.05.2025 15:25 115

Lənkəran 1 saylı Mediasiya Təşkilatında 2025-ci ilin I rübü üzrə mediatorlarla görüş keçirilib - FOTOLAR

Lənkəran 1 saylı mediasiya təşkilatında 2025-ci ilin I rübünün yekunları ilə bağlı mediatorlarla görüş keçirilib.

QHT.az xəbər verir ki, görüş zamanı Lənkəran 1 saylı Mediasiya Təşkilatının rəhbəri Ramin Şükürov cari dövr ərzində aparılmış mediasiya fəaliyyəti, üzləşilən çətinliklər və əldə olunmuş nailiyyətlər ətrafında fikirlərini bildirib.

Xüsusi olaraq, “Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə barışıq sazişinin təsdiq edilməsinin xüsusiyyətlərinə dair” Mediasiya Şurası İntizam Komissiyası tərəfindən hazırlanmış icmal məktub əsasında müzakirələr aparılıb, bu istiqamətdə hüquqi və praktiki yanaşmalar mediatorların diqqətinə çatdırılıb. Həmçinin ailə münasibətləri və yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının müdafiəsi çərçivəsində bağlanan barışıq sazişlərinin məhkəmələrdə təsdiq olunması zamanı yaranan hüquqi incəliklər, mediatorların üzərinə düşən vəzifələr və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

Görüş çərçivəsində çıxış edən mediatorlar Könül Rəcəbova, Tahir Şahbazov və Orxan İbrahimov ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya prosesində üzləşdikləri praktiki çətinlikləri, barışıq sazişlərinin hazırlanması və məhkəməyə təqdim olunması zamanı rast gəlinən hüquqi və texniki məsələlər barədə fikirlərini bölüşüblər.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı