Xəbərlər 16.05.2025 10:59 38

Yanvar-aprel aylarında pensiya ödənişlərinə 208 mln. manat çox olmaqla 2 mlrd. 361 mln. manat vəsait yönəldilib

Cari ilin 4 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (208 mln. manat) çox olmaqla 2 mlrd. 361 mln. manat vəsait yönəldilib.

 

2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb.  

 

Yanvar-aprel aylarında 18 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 154 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı