“Uşaq əməyinin istismarı” mövzusunda polis əməkdaşları üçün təlim keçirilib - FOTOLAR
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası Daşkəsən Rayon Polis İdarəsində “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi” mövzusunda maarifləndirici təlim təşkil edib.
QHT.az xəbər verir ki, təlim “Təmas” Regional İnkişaf İctimai Birliyinin rəhbərləri Sudaba Məmmədova və Kübra Alekberova tərəfindən keçirilib. Tədbirdə Daşkəsən Rayon Polis İdarəsinin 18 əməkdaşı, o cümlədən sahə müvəkkilləri və uşaq inspektorları iştirak ediblər. Təlimlərin keçirilməsi Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən koordinasiya olunub.
Təlim zamanı uşaq əməyinin istismarının hüquqi aspektləri, onun qarşısının alınması yolları və bu halların müəyyən edilməsi üçün effektiv metodlar barədə iştirakçılara geniş məlumat verilib.
Pərvanə Fərhadqızı