Azərbaycanda yol qəzalarının 13% azalması müsbət qarşılanır - BMT rəsmisindən mesaj / VİDEO
Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva BMT-nin 8-ci Qlobal Yol Təhlükəsizliyi Həftəsi çərçivəsində çağırışla çıxış edib.
QHT.az xəbər verir ki, Vladanka Andreeva yol qəzalarının qlobal təsirindən danışaraq, 2024-cü ildə Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin 13% azaldığını qeyd edib. Bu nəticəni müsbət bir tendensiya kimi qiymətləndirən BMT rəsmisi, bu uğurun qorunması və daha da inkişaf etdirilməsi üçün birgə əməkdaşlığa çağırış edib.
“Gəlin bu nəticəni qorumaq və daha da yaxşılaşdırmaq üçün, birlikdə təhlükəsiz nəqliyyat sistemini formalaşdıraq və şəhər mühitini insanyönümlü, rahat və funksional şəkildə təşkil edək,” – deyə Vladanka Andreeva bildirib.
BMT rəsmisi vurğulayıb ki, daha təhlükəsiz və dayanıqlı nəqliyyat mühiti yaradılması yol təhlükəsizliyi ilə yanaşı, şəhər həyatının keyfiyyətinə də müsbət təsir göstərəcək.
Pərvanə Fərhadqızı