“Komanda işi və liderlik bacarıqları” mövzusunda silsilə təlimlər keçirilir- FOTOLAR
“Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən Könüllülük Proqramının “Şəbəkələşmə ayı” çərçivəsində ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən könüllüləri üçün “Komanda işi və liderlik bacarıqları” mövzusunda silsilə təlimlər keçirilir.
QHT.az xəbər verir ki, Ağdam rayonunda Pərvin Əhmədova tərəfindən keçirilən “Komanda quruculuğu və liderlik bacarıqları” adlı növbəti təlimdə iştirakçılara liderlik, komanda ruhu və effektiv əməkdaşlıq mövzuları interaktiv üsullarla təqdim olunub. Öyrənilən biliklərin praktiki tətbiqi üçün iştirakçılar kiçik qruplara bölünərək tapşırıqlar və təqdimatlar hazırlayıblar.
Növbəti təlim Coşqun İsmayılov tərəfindən Şamaxı rayonunda keçirilib. Könüllülərə komandada işləmək, rəhbərlik və liderlik bacarıqlarının inkişafı mövzularında nəzəri və praktiki biliklər təqdim olunub.
Qeyd edək ki, “Regional İnkişaf” İctimai Birliyi tərəfindən keçirilən təlimlərin əsas məqsədi könüllülərin birgə fəaliyyət bacarıqlarını inkişaf etdirmək, liderlik keyfiyyətlərini gücləndirmək və onların sosial təşəbbüslərdə daha fəal iştirakını təmin etməkdir. Proqram çərçivəsində keçirilən sessiyalar, gənclərin komanda daxilində effektiv əməkdaşlıq etmə, təşəbbüskarlıq nümayiş etdirmə və məsuliyyət paylaşımı kimi mühüm bacarıqlarını artırmağa yönəlib.