Xəbərlər 22.05.2025 19:31 26

"Minimum istehlak səbətinin yenilənməsi dövlət büdcəsi üçün ağır yük təşkil etmir" – PROFESSOR

İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında minimum istehlak səbətinin yenilənməsi və yaşayış minimumunun artırılmasının dövlət büdcəsi üçün ağır yükə çevrilməyəcəyini bildirib.

Professor qeyd edib ki, büdcə təsdiq edilərkən ciddi sosial yönümlü layihələrin icrası nəzərdə tutulur və büdcənin icra vəziyyəti, eləcə də büdcə ilə bağlı proseslər göstərir ki, xərclərin artırılması üçün kifayət qədər resurslar mövcuddur:

"Düşünürəm ki, büdcənin icra vəziyyəti və büdcə ilə bağlı proseslər göstərir ki, büdcə xərclərinin artırılması üçün müvafiq resurslar mövcuddur. Ümumiyyətlə, Azərbaycanda büdcə xərclərinin artırılması ilə bağlı potensiallar var və nəzərə almaq lazımdır ki, büdcə xərclərinin artırılması əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsinə, həmçinin iqtisadiyyata təkan verərək gələcəkdə fiskal bazanın genişləndirilməsi vasitəsilə əlavə büdcə daxilolmalarına şərait yaradan amillərdəndir. Ona görə də düşünürəm ki, minimum istehlak səbətinin yenilənməsi və yaşayış minimumunun artırılması ilə bağlı müvafiq qərarlar olarsa, büdcə imkanları daxilində həmin qərarların icrası ilə bağlı ciddi problemlər olmayacaq".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı